Qvardioladan şok açıqlama: “Getməyə daha yaxınam, nəinki qalmağa”

10 İyun 2024 20:39
1 364
Qvardioladan şok açıqlama: “Getməyə daha yaxınam, nəinki qalmağa”

Xosep Qvardiola “Mançester Siti”ni tərk edə bilər.

İdman.biz xəbər verir ki, ispaniyalı mütəxəssis növbəti mövsümün sonunda qərar verəcək.

O, hazırki vəziyyətdə getməyə daha yaxın olduğunu etiraf edib: “Reallıq elədir, indi getməyə daha yaxınam, nəinki qalmağa. Buradayam və gələn mövsüm gedişində klub rəhbərliyi ilə müzakirə olacaq. Baxarıq”.

Qeyd edək ki, Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir. O, 8 ildə komandaya 16 titul qazandırıb.

İdman.biz