AVRO-2024-ün startı ərəfəsində Çexiya yığması itki ilə üzləşib.
İdman.biz xəbər verir ki, bu barədə Çexiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Mihal Sadilek velosiped sürərkən yıxıldığı bildirilib. Nəticədə dizini zədələyən 25 yaşlı yarımmüdafiəçi komandanın heyətini tərk etməli olub.
Qeyd edək ki, Çexiya millisi F qrupunda Portuqaliya (18 iyun), Gürcüstan (22 iyun) və Türkiyə (26 iyun) komandaları ilə qarşılaşacaq.
İdman.biz