Ayşən Əhmədova: “Onlarda Azərbaycan futboluna maraq yaranıb” - VİDEO

Müsahibə
5 İyun 2024 22:59
524
Ayşən Əhmədova: “Onlarda Azərbaycan futboluna maraq yaranıb” - VİDEO

"Mənim üçün legioner həyatı yaşamaq çətindir. Azərbaycanı sevirəm və hər dəfə xarici ölkəyə getdikdən 1-2 ay sonra darıxmağa başlayıram".

Bunu "İdman Bizdə"nin qonağı olan Azərbaycan millisinin futbolçusu Ayşən Əhmədova deyib.

Ötən mövsümü PAOK-un heyətində Yunanıstan çempionu olan 24 yaşlı müdafiəçi legioner həyatının çətinliklərindən danışıb: "PAOK-a yeni transfer olunanda onlar Azərbaycanda qadın futbolunun belə inkişaf etdiyini bilmirdilər. Hətta mən məşqçiyə B Liqasında olduğumuzu dedikdə o, təəccübləndi. Özümü elə göstərməliydim ki, məndən sonra gələnlər üçün də bir yol olsun. Bunu bacardığımı düşünürəm. Onlarda artıq Azərbaycan futboluna maraq yaranıb. Bəzi futbolçularla da maraqlanırlar, soruşurlar, baxırlar. Legioner həyatının çətinliyi dil baryeridir. İngilis dilində danışırıq. Açığı, böyük bir çətinliyim olmadı. Yunanıstanda məni isti qarşıladılar, sanki neçə ildir orda oynayıram".

Əhmədova bildirib ki, yeni təklifləri dəyərləndirir: "Təkliflər var. Menecerimlə məsləhətləşirik. Amma hələ ki, 100 faizlik nəsə olmadığından açıqlaya bilmərəm. 3 il Türkiyə çempionatında oynadım. Düşünürəm ki, ora dönmək mənə nəsə verməyəcək. Bu səbəbdən də Türkiyəyə qayıtmayacam".

Qeyd edək ki, Əhmədova karyerasında Türkiyənin ALG Sports, "Çaykur Rizəspor" və "Fomget" klublarının şərəfini qoruyub.

Emin Ağa
İdman.biz