“Səbail” daha bir futbolçusu ilə vidalaşıb.
İdman.biz xəbər verir ki, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.
Paytaxt təmsilçisi qapıçısı Səlahət Ağayevlə yollarını ayırıb. “Səbail”lə qolkiper arasında başa çatan müqavilənin müddəti uzadılmayıb.
Qeyd edək ki, Ağayev “Səbail”ə 2023-cü ilin yayında keçmişdi. O, ötən mövsümdə 31 matçda iştirak edib.
İdman.biz