"PSJ-də xoşbəxt deyildim".
İdman.biz xəbər verir ki, bu sözlər ulduz futbolçu Kilian Mbappeyə aiddir.
Fransa yığmasının hücumçusu Paris klubunda bəzi adamların onu xoşbəxt etmədiyini deyib. Mbappe onların üzünə tüpürmək istəyib: "Bəziləri məni üzürdülər. Amma mən elə bir oyunçu idim ki, bunu göstərə bilməzdim. Lider olduğum üçün məni izləyənlər çox idi, onlara görə pozitiv olmağa çalışırdım. Məşqçilər, oyunçular, klub əməkdaşları məni dəstəkləyirdilər. Bir az pis alınardı ki, bəzilərinin üzünə tüpürüb onlara burada xoşbəxt olmadığımı deyim. Amma belə insanlar və səbəblər var idi".
Qeyd edək ki, Mbappe PSJ ilə müqavilə müddətini artırmayaraq, "Real"a keçib. Onun Paris klubunun prezidenti Naseer Əl-Xelaifi ilə yola getmədiyi bildirilib. Hətta onların arasında əlbəyaxa dava olduğu da yayılıb.
İdman.biz