Azərbaycan kubokunu 8-ci dəfə qazanan “Qarabağ” yarışın yeni rekorduna imza atıb.
İdman.biz xəbər verir ki, ölkə kuboku qazanmaqda dünya rekordu “Vaduts”a məxsusdur.
50 dəfə Lixtenşteyndə hamıdan güclü olan komanda planetin rekordçusudur. "Linfild"in 48, “Seltik”in 44 kuboku var. “Böyük beşlik” ölkələrində “Barselona” hamını qabaqlayır – 31 kubok.
1. “Vaduts” (Lixtenşteyn) - 50
2. “Linfild” (Şimali İrlandiya) – 48
3. “Seltik” (Şotlandiya) – 44
4. “Əl-Əhli” (Misir) – 42
5-6. “Muharraq” (Bəhreyn) – 34
“Reyncers” (Şotlandiya) – 34
7. “Selanqor” (Malayziya) – 33
8. ASİA (Sent-Pyer və Mikelon) – 32
9. “Barselona” (İspaniya) – 31
10-11. “Benfika” (Portuqaliya) – 29
HB (Farer adaları) – 29
İdman.biz