Dortmund “Borussiya”sının futbolçusu Marko Roysun karyerasını davam etdirə biləcəyi liqa bəlli olub.
İdman.biz xəbər verir ki, almaniyalı yarımmüdafiəçi MLS-ə keçməyə yaxındır.
35 yaşlı futbolçu “Los-Anceles Qalaksi”dən təklif alıb. O, mövsümün sonunda azad agent statusu alacaq. ABŞ təmsilçisi Markoya illik 1,7 milyon dollar ödəməyə hazırdır. Roys Avropa və Səudiyyə Ərəbistanından da təkliflər aldığı üçün seçim etməli olacaq.
Qeyd edək ki, Roys 2012-ci ildən “Borussiya”da forma geyinir.
İdman.biz