“Zirə” portuqaliyalı futbolçu Da Silva Tavareşı transfer edib

23 İyun 2026 17:33
83
“Zirə” portuqaliyalı futbolçu Da Silva Tavareşı transfer edib

“Zirə” futbol klubu yeni oyunçu ilə anlaşıb.

İdman.Biz xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.

Klub Da Silva Tavareş Vieranı (Vierinya) heyətinə qatıb. Portuqaliyalı yarımmüdafiəçi ilə iki illik müqavilə bağlanıb.

Qeyd edək ki, 29 yaşlı futbolçu daha əvvəl ölkəsinin “Feyrense”, “Sanxoanense”, “Salqeyruş”, “Qondomar”, “Akademiko Viseu”, “Espinyo”, “San Jo de Ver”, “Beyra Mar” və Kiprin “Olimpiakos”(Nikosiya) klublarında çıxış edib.

İdman.Biz