“İmişli” 2026/2027 mövsümündə ev oyunlarını Ağsu, Qəbələ və ya Yevlaxda keçirə bilər

23 İyun 2026 17:09
89
“İmişli” 2026/2027 mövsümündə ev oyunlarını Ağsu, Qəbələ və ya Yevlaxda keçirə bilər

“İmişli” futbol komandasının 2026/2027 mövsümündə ev oyunlarını keçirəcəyi stadion hələlik dəqiqləşməyib.

Bölgə təmsilçisinin icraçı direktoru Aqşin Mürsəlov report.az-a açıqlamasında komandanın ev oyunlarını bir neçə arenada keçirmək ehtimalını nəzərdən keçirdiklərini bildirib.

“Quba Olimpiya Kompleksinin stadionu dəqiq olmayacaq. Çünki orada drenaj sistemi düzəldilmədir. Ağsu şəhər stadionunda rəqibləri qəbul etmək variantı var. AFFA stadionu təmir edir. Çempionatın startınadək bitsə, orada oynamağı planlaşdırırıq. Çatdırılmasa, başqa variantları nəzərdən keçirəcəyik. Qəbələ və Yevlax da ola bilər. Hansı uyğun gəlsə, qərar veriləcək”, - deyə o vurğulayıb.

Xatırladaq ki, “İmişli” ötən mövsüm ilk iki turda rəqiblərini Şamaxı şəhər stadionunda, daha sonra Quba Olimpiya Kompleksinin stadionunda qəbul edib.

İdman.Biz