“Səbail” gənc yarımmüdafiəçi ilə müqavilə imzalayıb

18 Avqust 2026 15:59
84
“Səbail” gənc yarımmüdafiəçi ilə müqavilə imzalayıb

“Səbail” futbol klubu yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

İdman.Biz xəbər verir ki, komanda yarımmüdafiəçi Rail Əmirquliyevi heyətinə qatıb.

20 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, Rail Əmirquliyev son olaraq “Şahdağ Qusar” klubunda çıxış edib.

İdman.Biz