“Kəpəz” “Gəncəbasar”la yoxlama oyununda qarşılaşacaq

18 Avqust 2026 16:40
101
“Kəpəz” “Gəncəbasar”la yoxlama oyununda qarşılaşacaq

“Kəpəz” futbol klubu yeni mövsümə hazırlıq çərçivəsində yoxlama oyunu keçirəcək.

İdman.Biz xəbər verir ki, Gəncə təmsilçisi avqustun 23-də “Gəncəbasar”la qarşılaşacaq.

“Məşq Mərkəzi”ndə keçiriləcək görüş saat 17:30-da başlayacaq.

Qeyd edək ki, adını “Cəbrayıl”dan “Gəncəbasar”a dəyişən və rəhbərliyi yenilənən klub Birinci Liqada çıxış edir.

İdman.Biz