Azər Məmmədov “Kəpəz”in yeni baş məşqçisi olub

23 İyun 2026 15:13
101
Azər Məmmədov “Kəpəz”in yeni baş məşqçisi olub

“Kəpəz” futbol klubu yeni baş məşqçisi Azər Məmmədovla razılığa gəlib.

İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

50 yaşlı mütəxəssislə növbəti mövsümün sonunadək müqavilə imzalanacaq.

Qeyd edək ki, Azər Məmmədov daha əvvəl, 2023-cü ildə də Gəncə təmsilçisini çalışdırıb.

Xatırladaq ki, “Kəpəz”ə son olaraq Azər Bağırov rəhbərlik edib. O, 2025-ci ilin oktyabrından komandanın baş məşqçisi vəzifəsini icra edirdi.

İdman.Biz