17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev karyerasını klub akademiyasında davam etdirməkdə maraqlıdır.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, mütəxəssis “Qarabağ”ın futbol akademiyasında üz tutmaqda maraqlı olub.
Bildirilir ki, Nəbiyev Ağdam təmsilçisinin rəhbərliyi ilə əlaqə saxlayaraq akademiyada çalışmaq istəyini vurğulayıb.
Lakin klub tərəfindən onun müraciətinə müsbət cavab verilməyib. Belə ki, “Qarabağ” rəhbərliyi məşqçinin akademiyada çalışması ilə bağlı istəyinə isti yanaşmayıb.
Qeyd edək ki, Nəbiyevin U-17 millisi ilə müqaviləsi iyunun 30-da başa çatır.
