Millimizin üzvü “Turan Tovuz”u “Zirə”yə dəyişib

23 İyun 2026 12:56
368
Millimizin üzvü “Turan Tovuz”u “Zirə”yə dəyişib

“Turan Tovuz” futbol klubundan ayrılan Ayxan Hüseynovun yeni klubu müəyyənləşib.

İdman.Biz xəbər verir ki, milli komandamızın üzvü “Zirə” ilə anlaşıb.

Tərəflər arasında bütün məsələlərdə razılıq əldə olunub. Hüseynov “Zirə” ilə 2 illik müqavilə imzalayacaq. Ayxan Hüseynov tezliklə komandanın məşqlərinə qoşulacaq.

Qeyd edək ki, 27 yaşlı futbolçunun “Turan Tovuz”la müqaviləsi bu yay başa çatıb. O, Tovuz klubu ilə yeni müqavilə imzalamaq istəməyib.

İdman.Biz