Futbol üzrə Azərbaycan Premyer Liqasına vəsiqə qazanan “Şəfa” klubu yeni mövsüm üçün “SOCAR Polymer Arena” ilə müqavilə bağlayıb.
İdman.Biz xəbər verir ki, bu barədə paytaxt təmsilçisindən report.az-a bildirilib.
“Şəfa” klubu olaraq yeni mövsüm üçün “SOCAR Polymer Arena” ilə müqavilə bağlamışıq. Amma yenə də stadion axtarışımız davam edir”, - deyə açıqlamada vurğulanıb.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustda start veriləcək. “SOCAR Polymer Arena” Sumqayıtda yerləşir.
