"Futbolçuları təbrik edirəm. İlk təhlükəli hücumda “Qarabağ” qol vurdu”.
İdman.biz xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun finalında “Qarabağ"a 1:2 hesablı məğlubiyyətdən sonra deyib.
Gənc mütəxəssis bildirib ki, sonadək mübarizə aparsalar da, təcrübə rəqibin xeyrinə işləyib: “İkinci hissədən azarkeşlər zövq aldılar. Bu oyun bizim üçün böyük təcrübə olacaq. 40 gündən sonra Avropa kuboklarında bu səviyyəyə yaxın oyun gözləyirəm. Orda da bu iradə, ustalıq və güvənə ehtiyacımız var. Ortada kubok olduğu zaman bu cür rəqiblər maksimum oynayırlar. Biz də sonadək mübarizə apardıq. Alınmadı. Futbolçularımla fəxr edirəm”.
- Start heyətlə bizi təcccübləndirdiniz. Bunu hansısa xarici həmkarınızdan götütmüsünüz?
- Çox məşqçi bu üsuldan istifadə edir. “Qarabağ” səviyyəsində komandalar qol vurduqda sonra rahat oynayırlar. İki il öncəki oyun sistemi ilə oynadıq. Sadəcə futbolçularımız fərqli idi. Oyunçuların ustalığı və bacarıqları fərqli ola bilər. “Qarabağ”a qarşı aqressiv oynayıb, təhlükəli hücumlar etdik. Müdafiədə boşluq oldu və “Qarabağ” qol vurdu. Qapımıza top vurmaqda da çətinlik çəkirdi. Heyətdə olmayan oyunçularla da iclas keçirmişdik. “Qarabağ”ın cinahları çox təhlükəlidir. Oyundan öncə plan cızdıq ki, əsas cinahı bağlayaq və əks-hücumlara üstünlük verək. İkinci hissədə hücumalarımız daha çox oldu. Hesabda irəli çıxa da bilərdik.
- Avropa Liqasının təsnifat mərhələsində komandanızda hansısa dəyişiklik edəcəksinizmi?
- Hər bir klubun mövsümün əvvəli yenilənməyə ehtiyacı var. Seleksiyamızı aparırıq. Bu həftədən artıq işlərimizə başlamışıq. Futbolçu baxımından qıtlıqdır. Amma komandamızı gücləndirməyə çalışacağıq.
Banuçiçək Hüseynli
İdman.biz