Necla Güngör: “Azərbaycan yığması ilə oyunda istəyimizə çatdıq”

Xəbərlər
1 İyun 2024 00:38
266
Necla Güngör: “Azərbaycan yığması ilə oyunda istəyimizə çatdıq”

“Əsas məqsəd evdə keçirdiyimiz oyunda qələbə qazanmaq idi”.

İdman.biz xəbər verir ki, bunu Türkiyənin qadınlardan ibarət millisinin baş məşqçisi Necla Güngör Kıragası deyib.

Türkiyəli mütəxəssis AVRO-2025-in B Liqasında Azərbaycan yığması üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edib: “İlk oyunda qələbə qazandıq. İndi məqsədimiz səfərdə keçirəcəyimiz görüşdə qalib gəlməkdir. Əsas hədəf pley-offa vəsiqədir. Buna nail olmaq üçün var gücümüzlə çalışırıq”.

Necla Güngör Kıragası Azərbaycan millisi ilə oyunda topa daha çox sahib olduqlarını bildirib: “Rəqibin oyuna sərt başlayıb, sonra müdafiə çəkiləcəyini bilirdik. Buna görə də tələsmədən oynadıq. Topa sahib olub, hücum xəttində təhlükəli çıxış etdik. İstəyimizə çatdıq. Son 9 oyunun 8-də qələbə qazanmışıq. Bu nəticə qadın futbolunun inkişaf etdiyini göstərir”.

Qeyd edək ki, komandalar arazında növbəti oyun iyunun 4-də Bakıda olacaq.

İdman.biz