Coşqun Diniyevin paylaşımı başına BƏLA OLUB - VİDEO

Müsahibə
30 May 2024 17:05
1 060
Coşqun Diniyevin paylaşımı başına BƏLA OLUB - VİDEO

“Coşqunun ehtiyatda qalmasına 2 səbəb var”.

Bunu “İdman Bizdə”nin qonağı olan Şahin Diniyev deyib.

57 yaşlı mütəxəssis oğlu Coşqunun Türkiyənin “Ümraniyəspor” klubunda mövsümün ortalarında tez-tez ehtiyatda qalmasının səbəblərini açıqlayıb: “Millidən qayıtdıqdan sonra zədə aldı. 2 həftəsini boşa verdi. Digər səbəb isə onu kluba gətirən məşqçi Mustafa Gürsəlin “Kocaelispor”a təyinat alması oldu. Yeni baş məşqçi də daha çox öz futbolçularına etimad göstərdi. Coşqunun instaqram hesabında gedən məşqçiyə uğurlar arzuladığı paylaşımı da rəhbərliyin xoşuna gəlmədi. Bunu normal sayıram. Bu səbəblər onun çıxışına təsir etdi. Amma sonradan yenidən heyətə qayıtdı. Son 2 oyunda onlar 1-ci Liqada yerlərini qoruduqları üçün meydana 19 yaşlılardan ibarət komandanı buraxdılar. Birinci yarıda Coşqunun çıxışını çox yaxşı, ikincidə isə orta adlandırardım. Nə yaxşı, nə də pis oldu”.

Qeyd edək ki, Diniyev “Ümraniyəspor”un heyətində 30 oyuna çıxıb. O, bu matçlarda 3 qol, 2 asistlə yadda qalıb.

Emin Ağa
İdman.biz