“Səbail”in hazırlıq planı dəqiqləşib - VİDEO

Xəbərlər
30 May 2024 13:30
144
“Səbail”in hazırlıq planı dəqiqləşib - VİDEO

“Səbail”in yeni mövsümə hazırlıq planı bəlli olub.

Bu barədə məlumatı “İdman Bizdə”yə Şahin Diniyev verib.

O bildirib ki, Bakı komandasının Türkiyənin Ərzurum şəhərində toplanışı keçəcək: “İyunun 1-də bir araya gələcəyik. Türkiyədə yoxlama oyunlar üçün hələlik rəqiblər bəlli deyil. Hava şəraitinə uyğun olaraq bu şəhəri seçdik. Toplanışımız 2 həftə davam edəcək. Hansı tarixi versək, həmin vaxta uyğun komandaları seçəcək”.

Qeyd edək ki, “Səbail” Premyer Liqada 2023-24 mövsümünü 42 xalla 7-ci pillədə başa vurub.

Emin Ağa
İdman.biz

Məqalədə: