Finala doğru: 37-ci matç

Xəbərlər
28 May 2024 15:49
218
Finala doğru: 37-ci matç

Azərbaycan Kubokunun finalında üz-üzə gələcək “Qarabağ”la “Zirə” 37-ci dəfə qarşılaşacaq.

İdman.biz xəbər verir ki, komandalar indiyədək 36 dəfə görüşüblər.

Bu matçlardan 35-i Premyer Liqa, 1-i kuboka təsadüf edib. “Qarabağ” 23, “Zirə” 1 dəfə qalib gəlib. 12 qarşılaşma heç-heçə bitib.

Yeganə kubok görüşündə də sülh qeydə alınıb. İki il əvvəl finalda üz-üzə gələn rəqiblər kubokun taleyinə penaltilər seriyasında aydınlıq gətiriblər. Daha dəqiq olan “Qarabağ” titula yiyələnib.

Əvvəlki matçlarda Ağdam klubu 71, Bakı təmsilçisi 18 qola imza atıb.

Qeyd edək ki, qarşılaşma iyunun 2-də olacaq.

İdman.biz

Məqalədə: