Emin Mahmudov: “Çox utanıram” - FOTO

Xəbərlər
27 May 2024 22:19
378
Emin Mahmudov: “Çox utanıram” - FOTO

“Sizlər bu nəticəyə layiq deyilsiniz”.

İdman.biz xəbər verir ki, bunu “Neftçi”nin kapitanı Emin Mahmudov instaqram səhifəsindəki paylaşımında deyib.

Mahmudov komandanın uğrusuz çıxışına görə azarkeşlərdən üzr istəyib: “Əziz “Neftçi” azarkeşləri, necə gündür ki, sizə yazmaq istəyirəm. Ancaq indi özümdə güc və inam tapıb sizə səslənirəm. Bilirəm ki, bu dəqiqə çox üzgünsünüz. Gözləntilərinizi qarşılaya bilmədik. İstədiyimizi, istədiyinizi verə bilmədik. Bilməyinizi istəyirəm ki, nəinki son oyuna görə, ümumi mövsümə görə çox utanıram. “Neftçi” ailəsinin kapitanı olaraq sizə bunları yaşatdığımıza görə üzr istəyirəm!”.

Qeyd edək ki, “Neftçi” 2023/2024 mövsümünü 5-ci pillədə başa vuraraq, Avropa kuboklarından kənarda qalıb.

İdman.biz