“Qalatasaray” Türkiyə Superliqasında 2023/2024 mövsümünün çempionu olub.
İdman.biz xəbər verir ki, Okan Burukun yetirmələri son turda “Konyaspor”u 3:1 hesabı ilə məğlub ediblər.
“Qalatasaray” ardıcıl 2-ci dəfə, tarixində isə 24-cü dəfə Türkiyə çempionatında 1-ci yeri tutub. Komanda 102 xal qazanıb. “Fənərbaxça” 99 xalla mövsümü 2-ci pillədə başa vurub. "Üçlüy"ü isə 67 xalla "Trabzonspor" qapayıb.
Türkiyə Superliqası
38-ci tur
“Adana Dəmirspor” – “Başakşəhər” – 2:6
“Hatayspor” – “Rizəspor” – 2:0
“Pendikspor” – “Qaziantep” – 0:1
“Trabzonspor” – “Ankaragücü” – 4:2
“Kasimpaşa” – “Beşiktaş” – 2:1
“Fənərbaxça” – “İstanbulspor” – 6:0
“Konyaspor” – “Qalatasaray” – 1:3
İdman.biz