Anatoli Nuriyev oyunun sonundakı insidenti normal hal kimi dəyərləndirib

26 May 2024 11:03
421
Anatoli Nuriyev oyunun sonundakı insidenti normal hal kimi dəyərləndirib

"Qələbə qazanacağımız inanırdıq".

Bunu İdman.bizə "Sabah"ın yarımmüdafiəçisi Anatoli Nuriyev deyib.

Azərbaycan yığmasının futbolçusu Premyer Liqanın son turunda "Neftçi" üzərində qazanılan 1:0 hesablı qələbəni və Konfrans Liqasına vəsiqə əldə etmələrini dəyərləndirib: "Komandamız çox yaxşı mübarizə apardı. Düzdür, meydanda az oldum, amma futbolçularımız əla çıxış etdilər. Çoxlu qol vəziyyətləri yaratdıq. Oyunun sonunda kiçik insident yaşandı. Bunlar futbolda normal haldır. Biz Avropa kuboklarına vəsiqə qazanacağımıza inanırdıq. Bu vəzifənin öhdəsindən gəldik".

Qeyd edək ki, "Sabah" mövsümü 3-cü pillədə başa vurub.

Banuçiçək Hüseynli
İdman.biz