“Bayer”dən “qızıl dubl”

Xəbərlər
26 May 2024 01:04
512
“Bayer”dən “qızıl dubl”

Almaniya kubokunun final matçı keçirilib.

İdman.biz xəbər verir ki, həlledici matçda hazırki çempion “Bayer” və 2-ci Bundesliqa təmsilçisi “Kayzerslautern” üz-üzə gəlib.

Qarşılaşmanın taleyini 1 qol həll edib. Xabi Alonsonun yetirmələri 16-cı dəqiqədə fərqləniblər. Caka “Bayer”ə tarixində ilk Almaniya kubokunu qazandıran qolun müəllifi olub. Məğlubiyyətsiz Bundesliqa çempionluğunu qazanan Leverkuzen klubu mövsümü “qızıl dubl”la başa vurub.

Qeyd edək ki, “Bayer” Avropa Liqasının da finalında oynayıb. Komanda “Atalanta” 0:3 hesabı ilə uduzaraq, ilk beynəlxalq titulunu qazanmaq şansını əldən verib.

İdman.biz