Şahin Diniyevdən pul təklifi ilə bağlı xəbərə SƏRT REAKSİYA

Xəbərlər
25 May 2024 23:16
213
Şahin Diniyevdən pul təklifi ilə bağlı xəbərə SƏRT REAKSİYA

“Gərgin oyun oldu. Komandam məğlub olmaq istəmirdi”.

İdman.biz xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Şahin Diniyev “Zirə” ilə matçdan sonra deyib.

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının XXXVI turunda 0:1 hesablı məğlubiyyəti şərh edib: “Pedro Nunonun olmaması bizə hücumda problem yaratdı. 10 nəfərlə xarakter göstərdik. Bərabərlik qolunu vurmaq alınmadı. "Zirə"ni təbrik edirəm. Hər şeyi məndən öyrənin, "sarı mətbuat"dan yox. İllərdir futbolun içindəyəm, hamını tanıyıram”.

Şahin Diniyev komandanın mövsümdəki çıxışını dəyərləndirib: “Bu komanda ötən mövsüm 9-cu yeri tutmuşdu. Əgər bu il 10-cu olsaydıq, mən uğursuz idim. Belə olsaydı, özüm qalmazdım. Hardan getmişəmsə, özüm getmişəm. Məni heç vaxt istefaya göndərməyiblər. Futbolda üç il vaxt lazımdır. Qərar rəhbərliyindir. İşimi vicdanla görmüşəm. Həftənin ikinci günü klubun İdarə Heyətinin iclası olacaq. Nə qərar versələr, hörmətlə yanaşacağam”.

“Səbail”in baş məşqçisi qələbə üçün digər komandalardan pul təklifi almadıqlarını bildirib: “Elə şey olmayıb. Balalarımın canına and olsun ki, belə bir şey yoxdur. Biz olan yerdə ola da bilməz”.

Qeyd edək ki, “Səbail” 42 xalla mövsümü 7-ci pillədə başa vurub.

İdman.biz