İsgəndər Cavadov Peşəkar Futbol Liqasının qonağı olub

24 Sentyabr 2026 12:41
63
İsgəndər Cavadov Peşəkar Futbol Liqasının qonağı olub

Tanınmış futbol veteranı İsgəndər Cavadov Peşəkar Futbol Liqasının (PFL) qonağı olub.

İdman.Biz xəbər verir ki, o, PFL prezidenti Elxan Səmədovla görüşüb.

Səmimi şəraitdə keçən görüşdə tərəflər Azərbaycan futbolu ilə bağlı ümumi müzakirələr apararaq, xatirələrini bölüşüblər. Görüşün sonunda PFL prezidenti Elxan Səmədov qonağa xüsusi xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, sentyabrın 20-də 70 yaşı tamam olan İsgəndər Cavadov Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

İdman.Biz