Miodraq Bojoviç: “Yeganə günahkar mən deyiləm”

Xəbərlər
25 May 2024 22:23
150
Miodraq Bojoviç: “Yeganə günahkar mən deyiləm”

“Nə edə bilərəm? Mövsüm barədə danışırıqsa, deyə bilərik ki, uğursuzuq. "Neftçi" liqanı 5-ci yerdə bitirirsə, demək ki, uğursuzluq var”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXXVI turunda uduzan "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç deyib.

Monteneqrolu mütəxəssis “Sabah”a 0:1 hesablı məğlubiyyətdən sonra uğursuz nəticəyə görə yalnız özünü günahkar hesab etməyib: "Nəticəyə görə məsuliyyət daşıyıram. Çempionatın ikinci hissəsində 29 xal qazanmışıq. Mövsümün əvvəlində xal qazanmaq, liqanın ikinci yarısında qazanmaqdan daha asandır. Hər bir komandada uğursuzluq olur. Bəli, uğursuz olduq, günahkaram. Amma yeganə günahkar mən deyiləm”.

Bojoviç “Sabah”la görüşdə yalnız 1 xal üçün oynamadıqlarını bildirib: “Biz bir xal üçün oynamırdıq. Bilirdik ki, "Sabah" əks-hücumlara yaxşı çıxır. Özümüz üçün boş sahələr axtarırdıq. Qol vursaydıq, qalib gələ bilərdik. Amma "Sabah"ın qapıçısı onları xilas etdi. Hakimə bildirdik ki, əvəzetməni hazırlamışıq, buna icazə vermədi”.

Qeyd edək ki, mövsümü 5-ci pillədə başa vuran “Neftçi” avrokuboklardan kənarda qalıb.

İdman.biz