“Qarabağ”ın prezidenti mükafatlandırmada iştirak etməyəcək

Xəbərlər
25 May 2024 11:06
155
“Qarabağ”ın prezidenti mükafatlandırmada iştirak etməyəcək

Sabah Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vurulacaq.

İdman.biz xəbər verir ki, XXXVI turun “Araz-Naxçıvan” – “Qarabağ” oyunundan sonra Ağdam klubuna qızıl medallar və çempionluq kuboku təqdim ediləcək.

Çempionun prezidenti Tahir Gözəl “Azersun Arena”da keçiriləcək tədbirdə iştirak etməyəcək. İş adamı ölkə xaricində təşkil olunan vacib tədbirə qatıldığı üçün çempionatın son matçında komandasının yanında olmayacaq.

Qeyd edək ki, “Qarabağ” tarixində 11-ci çempionluğu XXX turda təmin edib.

İdman.biz