AVRO-2024: Türkiyə millisinin ilkin heyəti açıqlanıb

Xəbərlər
25 May 2024 00:38
481
AVRO-2024: Türkiyə millisinin ilkin heyəti açıqlanıb

Türkiyə yığmasının AVRO-2024 üçün geniş heyəti açıqlanıb.

İdman.biz xəbər verir ki, baş məşqçi Vinçenzo Montella ilk heyətdə 35 futbolçuya yer verib.

Təlim-məşq toplanışından sonra 9 futbolçu Almaniyaya yollanacaq komandadan kənarda qalacaq.

Qapıçılar: Altay Bayındır ("Mançester Yunayted"), Doğan Alemdar ("Trua"), Mert Günok ("Beşiktaş"), Uğurcan Çakır ("Trabzonspor");

Müdafiəçilər: Mert Müldür, Çağlar Söyüncü, Ferdi Kadıoğlu (hamısı "Fənərbaxça"), Zeki Çelik ("Roma"), Abdülkerim Bardakcı ("Qalatasaray"), Ahmetcan Kaplan ("Ayaks"), Ozan Kabak ("Hoffenhaym"), Samet Akaydın ("Panatinaikos"), Merih Demiral ("Əl-Əhli"),Cenk Özkacar ("Valensiya");

Yarımmüdafiəçilər: Berat Özdemir ("Trabzonspor"), Can Uzun ("Nürnberq"), Hakan Çalhanoğlu ("İnter"), İsmail Yüksek ("Fənərbaxça"), Kaan Ayhan ("Qalatasaray"), Okay Yokuşlu ("Vest Bromviç"), Orkun Kökçü ("Benfika"), Salih Özcan ("Borussiya" Dortmund);

Hücumçular: Abdülkadir Ömür ("Hall Siti"), İrfan Can Kahveci ("Fənərbaxça"), Arda Güler ("Real"), Yunus Akgün ("Lester"), Kenan Yıldız ("Yuventus"), Kerem Aktürkoğlu, Barış Alper Yılmaz ("Qalatasaray"), Oğuz Aydın ("Alanyaspor"), Bertuğ Yıldırım ("Renn"), Cenk Tosun, Semih Kılıçsoy (ikisi də "Beşiktaş"), Enes Ünal ("Bornmut"), Yusuf Yazıcı ("Lill");

Qeyd edək ki, AVRO-2024-də Türkiyə millisi F qrupunda yer alıb. "Ay-ulduzlular"ın rəqibi Çexiya, Gürcüstan və Portuqaliya komandaları olacaq.

İdman.biz