Region Liqasının çempionu - “Şimal”

Xəbərlər
24 May 2024 20:07
342
Region Liqasının çempionu - “Şimal”

AFFA Region Liqasının qalibi müəyyənləşib.

İdman.biz xəbər verir ki, həlledici matçda “Şimal” və “Hypers” komandaları üz-üzə gəlib.

Şamaxı şəhər stadionunda baş tutan görüşün əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penalti seriyasında daha dəqiq olan “Şimal” 3:1 hesabı ilə qalib gələrək 2023/2024 mövsümündə Region Liqasının çempionu olub. Bu nəticə Xaçmaz klubuna növbəti mövsümdə Azərbaycan çempionatının 2-ci Liqasında oynamaq hüququ verib.

Qeyd edək ki, finalda uduzan “Hypers” isə 2-ci Liqada 13-cü sırada yeri tutumuş “Şəfa” ilə pley-off matçına çıxacaq. Oyunlar mayın 29-da və iyunun 5-də keçiriləcək.

İdman.biz