“Qəbələ”də iki itki

Xəbərlər
24 May 2024 18:16
253
“Qəbələ”də iki itki

“Qəbələ”nin zədəli futbolçularının durumuna aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Azərbaycan Premyer Liqasının XXXVI turunda “Sumqaylt”la qarşılaşacaq “qırmızı-qaralar”ın heyətində iki itki var. Samuel Tetteh komanda ilə hazırlığa qatılmayıb. Ülvi İsgəndərov isə fərdi məşqlə kifayətlənib.

Qeyd edək ki, mayın 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq “Sumqayıt” - “Qəbələ” qarşılaşması saat 19:00-da başlayacaq.

İdman.biz