AFFA-dan “Qəbələ” qərarı

Xəbərlər
24 May 2024 14:00
3 973
AFFA-dan “Qəbələ” qərarı

AFFA-nın İntizam Komitəsi 15 yaşadək futbolçular arasında Azərbaycan çempionatında baş verən qalmaqalla bağlı qərarını açıqlayıb.

İdman.biz xəbər verir ki, “Qəbələ” – “Sumqayıt” oyununda yaşananların günahkarları cəzalandırılıblar.

Meydan sahiblərinin baş məşqçisi Şəhruz Mustafayev qarşılaşmanın 72-ci dəqiqəsində hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılıb. AFFA onu 5 oyun diskvalifikasiya edib.

Bu görüşdə “Qəbələ”nin bir qrup azarkeşi meydana daxil olaraq qarşılaşmanın 74-cü dəqiqəsində rəqib komandanın oyunçularını təhqir ediblər, onlara fiziki təzyiq göstərmək istəyiblər.

Bu səbəbdən “Qəbələ”yə xəbərdarlıq edilib. Bölgə təmsilçisinin növbəti ev oyunu azarkeşsiz keçiriləcək.

Bu matç bitdikdən sonra “Qəbələ”nin futbolçusu Əli Nəcəfov hakimləri və rəqib komandanın oyunçularını təhqir edib. O, 4 oyun cəzalandırılıb.

İdman.biz

Məqalədə: