39 il sonra 2-ci het-trik

Xəbərlər
23 May 2024 01:04
380
39 il sonra 2-ci het-trik

“Atalanta”nın futbolçusu Ademola Lukman Avropa Liqasının tarixinə düşüb.

İdman.biz xəbər verir ki, nigeriyalı hücumçu 39 il sonra turnirin finalında het-trik edib.

O, “Bayer”lə qarşılaşmada vurulan hər 3 qolun müəllifi olub (3:0). Əvvələr UEFA kuboku adlanan turnirin həlledici matçında ilk het-trik 1974/1975 mövsümündə qeydə alınıb. Münhenqladbax “Borusiyya”sının forvardı Yupp Haynkes “Tvente”nin qapısından 3 top keçirib (5:1). Lukman bu uğura imza ata 2-ci futbolçu olub.

Qeyd edək ki, 26 yaşlı futbolçu "Atalanta" - "Bayer" görüşünün 12-ci, 26-cı və 75-ci dəqiqələrdə fərqlənib.

İdman.biz