“Barselona” Londonda almaniyalı məşqçi ilə görüşəcək

Xəbərlər
22 May 2024 18:32
403
“Barselona” Londonda almaniyalı məşqçi ilə görüşəcək

“Barselona” Londonda Hans Fliklə danışıqlar aparacaq.

İdman.biz xəbər verir ki, almaniyalı mütəxəssis növbəti mövsümdə Kataloniya klubuna başçılıq edə bilər.

İspaniya mətbuatında klubun idman direktoru Deku və futbol kordinatoru Boyan Krkiçin İngiltərə paytaxtında Flik və onun meneceri Pini Zahavi ilə görüşəcəyi bildirilib. Xavi ilə yolları ayırmağı düşünən “Barselona” danışıqlar uğurlu başa çatarsa almaniyalı məşqçi ilə müqavilə bağlayacaq.

Qeyd edək ki, Xavi 2021-ci ildən komandaya rəhbərlik edir. O, ötən mövsümdə “Barsa”ya çempion titulunu qazandırıb.

İdman.biz