"Barselona" rəsmi saytında 2026-cı il Qamper Kubokunda Misirin "Əl Əhli" komandası ilə qarşılaşacağını açıqlayıb.
Matç 19 avqustda "Spotify Camp Nou" stadionunda keçiriləcək. Ötənilki turnirdə "Blaugrana" "Komo"nu 5:0 hesabı ilə məğlub etmişdi.
Joan Qamper Kuboku "Barselona" tərəfindən hər il təşkil edilən dostluq turniridir. İlk dəfə 1966-cı ildə o vaxtkı prezident Enrike Llodenin təşəbbüsü ilə keçirilib. Yarış "Barselona"nın əfsanəvi qurucusunun adını daşıyır.
"Barselona" Qamper Kubokunu digərlərindən daha çox qazanıb (47), "Köln" iki belə kuboka sahibdir, "Úypest", "Borussiya Mönhenqladbax", "İnternasional", "Porto", "Mexelen", "Mançester Siti", "Tenerife", "Valensiya", "Yuventus", "Sampdoriya" və "Monako"nun hərəyə bir kuboku var.
