Norveçin “Rusenborq” və İngiltərənin “Mançester Yunayted” klubları arasında keçirilən yoldaşlıq oyunu başa çatıb.
İdman.Biz bildirir ki, mankunianlılar 5:0 hesablı qələbə qazanıblar.
Oyun Norveçin Trondheym şəhərindəki “Lerkendal” stadionunda keçirilib.
Qolları Şi Leysi (31), Coşua Zirkzee (56), Ceykob Devani (63), Harri Amass (72) və İtan Uilyams (84) vurublar.
