“Şahdağ Qusar” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
İdman.Biz kluba istinadən bildirir ki, komanda seneqallı yarımmüdafiəçi Arsene Daudanı heyətinə qatıb.
21 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Arsenenin son klubu I Liqa təmsilçisi “Cəbrayıl” olub.
