“Hər hissədə fərqli heyətlə oynadıq. Hazırlığa gec başladığımıza görə, hələ fiziki yükləmələr fonunda oyunlar keçiririk. Həm də hava çox isti olduğuna görə, xüsusilə birinci hissədə meydana çıxan futbolçular daha çox əziyyət çəkdilər”.
İdman.Biz bildirir ki, bu sözləri “Araz-Naxçıvan” klubunun baş məşqçisi Cavid Hüseynov “İmişli” ilə keçirilmiş yoxlama oyunundan sonra deyib.
Matç 2:2 hesabı ilə bitib.
“Taktiki planda üzərində işləməli olduğumuz məqamlar çoxdur. Bu qarşılaşmalar da əsasən ona hesablanıb. Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq”, - Hüseynov bildirib.
