“Şəfa”nın müdafiəçisi “Səbail”ə keçdi

24 İyul 2026 17:12
97
“Şəfa”nın müdafiəçisi “Səbail”ə keçdi

Ötən mövsümü “Şəfa” futbol klubunun heyətində keçirən Pərviz Azadov karyerasını “Səbail”də davam etdirəcək.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, müdafiəçi yeni mövsümdən etibarən Birinci Liqa təmsilçisi “Səbail”in formasını geyinəcək.

Qeyd edək ki, “Səbail” yay transfer pəncərəsində Eltun Turabov, Zeynəddin Abdurahmanov, Kənan Quliyev, Abbas Ağazadə, Cavad Qurbanlı, Vüsal Əliyev, Fuad Bayramov, Ehtiram Şahverdiyev və Ezekiel Morqanı heyətinə qatıb.

İdman.Biz