“Dinamo” - “Neftçi” oyununun hakimləri açıqlanıb

24 İyul 2026 16:41
90
“Dinamo” - “Neftçi” oyununun hakimləri açıqlanıb

UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Dinamo” (Minsk) - “Neftçi” qarşılaşmasının hakim təyinatları açıqlanıb.

İdman.Biz xəbər verir ki, görüşü Şimali İrlandiyadan olan referi Tim Marşall idarə edəcək.

Ona həmyerliləri Georgios Arqiropulos və Rayan Kelsi kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Şeyn MakQoniql yerinə yetirəcək.

Qeyd edək ki, “Dinamo” (Minsk) – “Neftçi” oyunu iyulun 30-da Bolqarıstanın Stara Zaqora şəhərində yerləşən “Beroe Siti” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xatırladaq ki, komandalar arasında Bakıda keçirilən ilk görüşdə Belarus təmsilçisi 4:2 hesablı qələbə qazanıb.

İdman.Biz
Məqalədə: