Almaniyanın “Bavariya” futbol klubu hücumçusu Harri Keyn klubla yeni müqavilə imzalamaq üçün danışıqlar aparacaq.
İdman.Biz "BBC Sport"a istinadən xəbər verir ki, İngiltərə millisinin kapitanının hazırkı sözləşməsi mövsümün sonunda başa çatır. Münhen klubu isə 32 yaşlı forvardın komandada qalmasını təmin etmək istəyir.
Keyn “Bavariya” rəhbərliyinin ona yeni müqavilə təklif etmək niyyətindən xəbərdardır. Tərəflər arasında rəsmi danışıqların yaxın həftələrdə başlayacağı gözlənilir.
Qeyd edək ki, Harri Keyn 2023-cü ildə İngiltərənin “Tottenhem” klubundan “Bavariya”ya keçib.
Münhen təmsilçisində uğurlu çıxış edən hücumçu komanda ilə iki dəfə Bundesliqa çempionluğu və Almaniya kubokunu qazanıb. Keyn “Bavariya” forması ilə keçirdiyi 134 oyunda 146 qol vurub.
İngiltərəli futbolçuya Avropanın və digər bölgələrin klublarından maraq davam edir. İspaniyanın “Barselona” klubu uzun müddətdir Keyni izləyir, Səudiyyə Ərəbistanı klublarının da hücumçu ilə maraqlandığı bildirilir.
