"The Athletic" nəşri futbol üzrə dünya çempionatları tarixinin ən yaxşı 10 turnirindən ibarət reytinqini təqdim edib.
İdman.Biz xəbər verir ki, siyahıda həm əfsanəvi finallar, həm də unudulmaz oyunları ilə yadda qalan mundiallar yer alıb.
Siyahının zirvəsində 1970-ci ildə Meksikada keçirilən mundial qərarlaşıb. Həmin turnirdə Pele öndərliyindəki Braziliya finalda İtaliyanı məğlub edərək üçüncü dəfə dünya çempionu olub.
Siyahını təqdim edirik:
1970, Meksika – Braziliya 4:1 İtaliya
1982, İspaniya – İtaliya 3:1 AFR
1986, Meksika – Argentina 3:2 AFR
1998, Fransa – Fransa 3:0 Braziliya
2006, Almaniya – İtaliya 1:1 Fransa (penaltilər – 5:3)
1958, İsveç - Braziliya 5:2 İsveç
2014, Braziliya – Almaniya 1:0 Argentina
1974, AFR – AFR 2:1 Niderland
2018, Rusiya – Fransa 4:2 Xorvatiya
2026, ABŞ, Kanada və Meksika – İspaniya 1:0 Argentina
