Rusiyanın son çempionu "Krasnodar" heyətini Ekvador millisinin aparıcı futbolçularından biri ilə gücləndirmək niyyətindədir.
İdman.Biz jurnalist Pablo Ruaya istinadən xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi klub Braziliyanın "Flamenqo" komandasında çıxış edən Qonsalo Platanı transfer etmək istəyir.
Məlumata görə, "Flamenqo" 25 yaşlı sağ cinah vingerinin satışından 15 milyon avro gəlir əldə etməyi planlaşdırır. Bildirilir ki, "Krasnodar"ın bu məbləği ödəmək imkanı var. Buna baxmayaraq, Rusiya çempionu hələlik braziliyalılara rəsmi təklif göndərməyib.
Qonsalo Plata Ekvador millisinin əsas simalarından hesab olunur. O, 2026-cı il dünya çempionatında yığmasının heyətində keçirdiyi 4 oyunda 1 qola imza atıb.
Qeyd edək ki, "Krasnodar"a azərbaycanlı azarkeşlərə yaxşı tanış olan Murad Musayev başçılıq edir. O, 2021-2024-cü illərdə Bakının "Sabah" klubunun baş məşqçisi olub və ötən mövsüm "Krasnodar"ı tarixində ilk dəfə Rusiya çempionu edib.
