Azərbaycan Premyer Liqası təmsilçilərindən “İmişli” və “Araz-Naxçıvan” yoxlama oyununda üz-üzə gəliblər.
İdman.Biz xəbər verir ki, tərəflər qarşılaşmada hərəyə 2 dəfə fərqləniblər.
“Araz-Naxçıvan”ın heyətində Mara və klubun yeni transferi Ceyhun Nuriyev fərqlənib. “İmişli”də qolları İdris İnqilablı və Seyhan Fərəcov vurublar.
Görüş Bakı Olimpiya stadionunun köməkçi meydanında keçirilib.
