Ranyeri futbolla vidalaşır

Xəbərlər
22 May 2024 00:37
265
Ranyeri futbolla vidalaşır

"Kalyari" mövsümün sonunda Klaudio Ranyeri ilə yollarını ayıracağını açıqlayıb.

İdman.biz xəbər verir ki, 72 yaşlı mütəxəssis isə karyerasını bitirəcəyini bildirib.

Klubun açıqlamasında Ranyeriyə təşəkkür edilib: "Kalyari" həmişə sənin evin olacaq. Daima sənə təşəkkürük, Mister". Təcrübəli məşqçi 1988-1991-ci illər və 2023-cü il yanvarın 1-də 2024-cü il mayın sonunadək "Kalyari"yə başçılıq edib.

Qeyd edək ki, komanda Ranyerinin rəhbərliyi ilə ötən mövsümdə B Seriyasından A Seriyasına yüksəlib. Hazırki mövsümdə "Kalyari" 36 xalla 16-ci pillədə qərarlaşıb. Sardiniya təmsilçisi son turda "Fiorentina" ilə qarşılaşacaq.

İdman.biz