Kaxaber Tsxadadze: “6 qol vura bilərdik”

Xəbərlər
19 May 2024 18:41
120
Kaxaber Tsxadadze: “6 qol vura bilərdik”

“Uşaqlara təşəkkür edirəm. Yaxşı mübarizə apardılar. Son matçlarda yaxşı oyun nümayiş etdiririk. Təəssüf ki, aşağı liqaya düşürük”.

İdman.biz xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze deyib.

Gürcüstanlı mütəxəssis "Araz-Naxçıvan" üzərində qazanılan 2:0 hesablı qələbəni şərh edib. “Fubolçular öz peşakarlıqlarını göstərib oyunlara yaxşı köklənirlər. Daha çox qol vura bilərdik. Çoxlu qol epizodlarımız oldu. Premyer Liqada qalsaydıq, gələn mövsüm yaxşı yerlər uğrunda mübarizə apara bilərdik. Nə edək? Həyat mübarizədir.

Kaxaber Tsxadadze “Qəbələ”nin futbolçularında keyfiyyətin aşağı olması ilə bağlı fikir söyləmədiyini bildirib: “Futbolçuların keyfiyyətin aşağı olmasını deməmişəm. Fərdi səhvlərin çox olduğunu bildirmişəm. Bu gü müdafiədə səhvlərə yol vermədik deyə qol buraxmadıq. Amma diqqətli olsaydıq, 6 qol vura bilərdik. Bunun üzərində çox çalışmalıyıq. Əksər matçarlda yaxşı oynamışıq. Ya bəxtimiz gətirməyib ya da ustalıq çatmayıb. "Neftçi" ilə oyunda biz 5 zərbə vurduq, amma fərqlənə bilmədik. Onlar isə 1 zərbədən qol vurdular”.

Qeyd edək ki, “Araz-Naxçıvan” 35 xalla 9-cu pillədə qərarlaşıb.

İdman.biz