"Oyun psixoloji baxımından çətin idi. Turnir cədvəlindəki vəziyyət təzyiq göstərirdi”.
İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç deyib.
Monteneqrolu mütəxəssis Azərbaycan Premyer Liqasının XXXV turunda “Səbail”lə oyunu şərh edib: “İtkilərimiz var idi. İlk yarı istədiyimiz kimi oynaya bilmədik. İkinci yarıda Brayan Moreno gözəl qol vurdu. Ondan sonra oyun da açıldı, daha güvənli oynamağa başladıq. Layiqli qələbə qazandıq. Qol epizodlarını reallaşdırdıq. Bu oyuna iki yarımmüdafiəçi ilə başlamaq istəyirdik. Ən azından qol buraxmamağa çalışırdıq. Çünki bu cür meydançada oynamaq çətindir. Ona öyrəşməmişik".
Təcrübəli mütəxəssis son turda “Sabah”la keçiriləcək oyuna da toxunub: “Biz evdə daha yaxşı oynayırıq. Nəticələr də bunu göstərir. Azarkeşlərimiz qarşısında hansısa taktiki gediş barədə düşünmək yersiz olar. "Sabah"la oyunda qələbə haqda fikirləşəcəyik. Əksi haqda fikirləşmirəm də. Yəqin ki, həmin görüşdə azarkeşlər daha çox olacaq, stadion dolacaq. Bu gün bizə dəstək olan azarkeşlərimizə təşəkkür edirəm”.
Qeyd edək ki, “Neftçi” səfərdə “Səbail”ə 3:0 hesabı ilə qalib gəlib.
İdman.biz