Azərbaycan klubuna Avropada 9 rəqib

Xəbərlər
16 May 2024 09:27
309
Azərbaycan klubuna Avropada 9 rəqib

Avropa Liqasının I təsnifat mərhələsində iştirak edəcək 16 komandadan 9-u bəlli olub.

İdman.biz xəbər verir ki, bu klublardan 6-nın yer alacağı səbət də qəqiqləşib.

Yarışda Azərbaycanı təmsil edəcək komanda və səbəti müəyyənləşməyib. Amma artıq turnirə vəsiqə qazanan klublar istənilən halda təmsilçimizin mümkün rəqibləri sayılır. İlk mərhələdə fərqli səbətlərdə olsalar belə, növbəti raundda qarşılaşmaları mümkündür.

Qeyd edək ki, Avropa Liqasında Azərbaycan kubokunun qalibi oynayacaq. Əgər kuboku “Qarabağ” qazansa, gümüş mükafatçı Avropa Liqasına gedəcək.

Avropa Liqası
I təsnifat mərhələsi

Səpələnmişlər
“Riyeka” (Xorvatiya)
“Tobol” (Qazaxıstan)

Səpələnməmişlər
“Elfsborq” (İsveç)
“Korvinul” (Rumıniya)
“Botev” (Bolqarıstan)
“Rujomberok” (Slovakiya)
Sloveniya təmsilçisi

Qeyri-müəyyənlər
“Silkeborq” (Danimarka)
“Visla” (Polşa)
“Paksi” (Macarıstan)
İsrail təmsilçisi
Yunanıstan təmsilçisi
Kipr təmsilçisi
Azərbaycan təmsilçisi
Moldova təmsilçisi
Kosovo təmsilçisi

Qeyd edək ki, I təsnifat mərhələsində 16 komanda mübarizə aparacaq. İlk iki raundun püşkü iyunun 18-19-da atılacaq.

İdman.biz

Məqalədə: