Yamal və Rafinyanın əl birliyi statistikası açıqlanıb

20 Sentyabr 2026 11:58
86
Yamal və Rafinyanın əl birliyi statistikası açıqlanıb

İspaniyanın “Barselona” futbol komandasının iki ulduzu Lamin Yamal və Rafinya cari mövsümdə keçirdikləri səkkiz oyunda ümumilikdə 31 qol+assist göstəricisinə çatıb.

İdman.Biz xəbər verir ki, tandem bütün səkkiz qarşılaşmada komandanın qollarında birbaşa iştirak edib.

“Elçe” ilə matçda onlar iki qol və bir məhsuldar ötürmə, “Atletik”lə görüşdə bir qol, “Rayo”ya qarşı dörd qol, “Valensiya” ilə qarşılaşmada üç qol müəllifi olublar.

“Feyenoord”la oyunda Yamal və Rafinya birlikdə dörd qol və bir assist, “Levante”yə qarşı iki qol və iki məhsuldar ötürmə, “Rasinq”lə görüşdə dörd qol və iki assist, “Sevilya” ilə matçda isə üç qol və iki məhsuldar ötürmə ilə yadda qalıblar.

Qeyd edək ki, Yamal və Rafinya bu səkkiz matçda birlikdə “Barselona”nın 31 qolunda birbaşa iştirak ediblər.

İdman.Biz