İtaliyanın “Milan” futbol komandasında Françesko Kamardanın az oyun vaxtı alması diqqət çəkib. Klub yayda gənc hücumçunu komandada saxlamaq qərarı versə də, o, hələlik baş məşqçi Ruben Amorimin planlarında geniş yer ala bilməyib.
İdman.Biz “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, Amorim iki ay əvvəl “Seltik”lə yoxlama oyununda dubla imza atan Kamardanın komandada qalacağını və gənclərə inandığını açıqlayıb. “Milan” yayda Qonsalu Ramuşun arxasına başqa hücumçu transfer etməyib və ehtiyat “doqquz nömrə” rolunu Kamardaya həvalə edib.
Buna baxmayaraq, 18 yaşlı futbolçu mövsümün ilk beş rəsmi matçında cəmi beş dəqiqə oynayıb. Kamarda bu şansı A Seriyasında “Latsio” ilə Romada keçirilən görüşdə əldə edib. Son olaraq “Benfika”ya 0:2 hesabı ilə uduzulan matçda isə 90 dəqiqə ehtiyatda qalıb.
Qonsalu Ramuş da mövsümə istənilən səviyyədə başlamayıb. Portuqaliyalı hücumçu beş oyunda cəmi bir qol vurub. “Benfika” ilə matçda o, 16 dəfə top itirib, rəqibin cərimə meydançasında topa cəmi dörd dəfə toxunub və üç zərbəsinin heç birini qapı çərçivəsinə yönəldə bilməyib.
Kamarda iyulda “Milan”la müqaviləsini 2031-ci ilədək uzadıb. Klub rəhbərliyi və Amorim dəfələrlə akademiya yetirmələrinə güvəndiklərini bildirsələr də, gənc hücumçunun real oyun vaxtı hələlik bu açıqlamalarla uyğun gəlmir.
Qeyd edək ki, Kamarda “Milan”ın heyətində A Seriyasında 13, Çempionlar Liqasında isə dörd oyun keçirib.
